Ana Sayfa > Karusel / Gündəm > Gürcüstan Maliyyə Nazirliyi Ukrayna Baş nazirinin müavininə cavab verib

Gürcüstan Maliyyə Nazirliyi Ukrayna Baş nazirinin müavininə cavab verib


4-04-2022, 18:14. Yazar: Admin

Gürcüstan Maliyyə Nazirliyi Ukrayna Baş nazirinin müavininə cavab verib

Gürcüstanın Maliyyə Nazirliyi Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin və Ukrayna Baş nazirinin müavini İrina Vereşçukun Gürcüstan siyasi rəhbərliyinin Rusiya ilə sanksiyalar altına düşən məhsulların Gürcüstan ərazisi ilə daşınması barəsində razılığa gəlməsi iddiasına cavab verib.

Qarabaginfo.az xəbər verir ki, Maliyyə Nazirliyinin bəyanatında Ukrayna tərəfindən səsləndirilən fikirlərin əsassız və absurd ittihamlar olduğu bildirilib.“Beynəlxalq ictimaiyyət tərəfindən Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edildiyi ilk günlərdən Gürcüstan bütün gömrük-keçid məntəqələrində sərt nəzarət tətbiq edir və ölkəyə daxil olan və ölkədən çıxan yüklərə nəzarət edir”, - bəyanatda bildirilib.

Vurğulanıb ki, Gürcüstan bu sahəyə sərt gömrük nəzarətini davam etdirəcək və məsələ ilə bağlı məlumatları tərəfdaşları ilə paylaşacaq.


Geri dön