Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan öz evində Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkini qəbul edib.
Qarabaginfo.az “News.am”a istinadən xəbər verir ki, bu barədə eks-prezidentin mətbuat katibi Arman Musinyan məlumat verib
Bildirilib ki, görüş iştirakçıları Rusiya-Ermənistan diplomatik əlaqələrinin 30 illiyi və hazırkı münnasibətlərin inkişaf perspektivini müzakirə ediblər.
Qeyd edək ki, 77 yaşlı Levon Ter-Petrosyan 1991-1998-ci illərdə Ermənistanın prezidenti olub. O, ölkəsinin prezidenti sayılır.