Ana Sayfa > Karusel / Gündəm > Zelenski Buçaya gedib

Zelenski Buçaya gedib


4-04-2022, 16:26. Yazar: Admin

Zelenski Buçaya gedib

Ukrayna Prezidenti Vladimir Zelenski mülki əhalinin qətliamına dair sübutların tapıldığı Buçaya gedib.

Ukrayna lideri məhv edilmiş Rusiya texnikasının olduğu yola baxış keçirib, yerli sakinlərlə söhbət edib.

O deyib ki, Rusiya Ukraynada hərbi cinayətlər törədir.

BBC müxbirinin "hələ də Rusiya ilə sülh danışıqlarının mümkünlüyünü düşünürsünüzmü" sualına Zelenski belə cavab verib: "Bəli, çünki Ukrayna sülh tapmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik".

Qeyd edək kI, Rusiya öz hərbi qüvvələrinin Buçadakı qırğınlarda iştirakını inkar edir.


Geri dön