Ana Sayfa > Karusel / Region > Rusiyanın Türkiyədəki səfiri "Bayraktar"ların rus əsgərlərini öldürməsindən şikayətləndi...
Rusiyanın Türkiyədəki səfiri "Bayraktar"ların rus əsgərlərini öldürməsindən şikayətləndi...4-04-2022, 15:16. Yazar: Admin |
"Axı Rusiya əsgərinin suveren Ukrayna ərazisində nə iti azıb ki, Türkiyənin "Bayraktar"ları da onları öldürə?.."
Türkiyənin "Bayraktar" pilotsuz döyüş uçuş aparatlarının Ukraynaya çatdırılması Rusiya cəmiyyətində ağrılı şəkildə qarşılanır".
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Aydınlık” nəşrinə açıqlamasında bildirib.
" “Biznes biznesdir” kimi izahatlar başa düşülmür. Çünki sizin dronlarınız əsgərlərimizi öldürür, bunun üçün alınır. Bu, niyə bizim xoşumuza gəlməlidir?”, - deyə diplomat sual edib.
Qeyd edilir ki, martın 17-də Rusiya Müdafiə Nazirliyi Kiyev vilayəti üzərində səmada vurulan Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi Türkiyə istehsalı olan "Bayraktar" TB2 pilotsuz uçuş aparatının fotoşəkillərini nümayiş etdirib.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri hələ 2021-ci ilin fevralında da "rus mütəxəssislərin Ukraynanın Türkiyədən aldığı "Bayraktar TB2"lərdən Donetskdə istifadə etmə ehtimalından narahat olduğunu" bildirmişdi...
Zəruri sual:.
Axı Rusiya əsgərinin suveren Ukrayna ərazisində nə iti azıb ki, Türkiyənin "Bayraktar"ları da onları öldürə?..
(moderator.az)
Geri dön |