Ana Sayfa > Karusel / Sosial > Rövşən Rzayev üç rayonun vətəndaşlarını qəbul edəcək

Rövşən Rzayev üç rayonun vətəndaşlarını qəbul edəcək


4-04-2022, 13:12. Yazar: Admin

Rövşən Rzayev növbəti videoqəbul keçirib » Dalidag.az

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, aprelin 8-i saat 10:00-da Biləsuvar rayonunda, Cəlilabad, Cəbrayıl və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Qarabaginfo.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonları sakinlərinin müraciətləri dinləniləcək.

Xatırladaq ki, qəbul pandemiya tələblərinə uyğun olaraq keçiriləcək. Qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.


Geri dön