Ana Sayfa > Karusel / Sosial > Bakıda "Pullman" hoteldə turistin qızıl əşyası oğurlandı

Bakıda "Pullman" hoteldə turistin qızıl əşyası oğurlandı


4-03-2020, 10:24. Yazar: Admin

 

Bakıda hoteldə oğurluq hadisəsi baş verib.

 

"Qarabaginfo"un xəbərinə görə, hadisə fevralın 29-dan martın 1-dək paytaxtın Yasamal rayon ərazisində yerləşən "Pullman" hotelində qeydə alınıb.

 

Belə ki, Hindistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mahalinqam Govrishankar Azərbaycana turist kimi gəlib, hoteldə qalan zaman naməlum şəxs onun otağından 2 400 ABŞ dolları dəyərində qızıl boyunbağısını oğurlayıb.

 

Turist bununla bağlı Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır.Report

 


Geri dön