Ana Sayfa > Karusel / Təhsil > Bu şəxslər üçün şans imtahanları keçirilməyəcək

Bu şəxslər üçün şans imtahanları keçirilməyəcək


4-04-2022, 11:57. Yazar: Admin

 Bu şəxslər üçün şans imtahanları keçirilməyəcək

 


Dövlət İmtahan Mərkəzi tərəfindən 3 aprel tarixində əvvəlki ilin məzunları üçün qəbul imtahanının I mərhələsi təşkil edilib.

İştirak edən şəxsləri maraqlandıran məsələlərdən biri də əvvəlki ilin məzunları üçün yenidən şans imtahanlarının keçirilib-keçirilməyəcəyi ilə bağlıdır.

Qarabaginfo.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, əvvəlki illərin məzunları üçün şans imtahanları keçirilməyəcək.

Qeyd edək ki, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub.

 


Geri dön