Ana Sayfa > Karusel / Region > Makron: “Rusiya Buçada mülki şəxsləri qətlə yetirdiyinə görə cavab verməli olacaq”

Makron: “Rusiya Buçada mülki şəxsləri qətlə yetirdiyinə görə cavab verməli olacaq”


4-04-2022, 08:02. Yazar: Admin
Makron Fransa Təhlükəsizlik Şurasının iclasını çağıracaq

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Rusiya hərbçilərindən azad edilmiş Buşa şəhərində mülki insanların öldürülməsini pisləyib.

Qarabaginfo.az xəbər verir ki, dövlət başçısı bu barədə tviter hesabında yazıb.

“Kiyev yaxınlığında işğaldan azad edilmiş Buça şəhərindən bizə çatan görüntülər dözülməzdir. Küçələrdə yüzlərlə dinc sakin qorxaqcasına öldürülüb. Ölənlərə rəhmət diləyirəm, ukraynalılarla həmrəyliyimi bildirirəm. Rusiya hakimiyyəti bu cinayətlərə görə cavab verməli olacaq”, – Makron qeyd edib.


Geri dön