Ana Sayfa > Karusel / Region > Vuçiç Serbiyada prezident seçkilərində qalib olduğunu elan edib

Vuçiç Serbiyada prezident seçkilərində qalib olduğunu elan edib


4-04-2022, 04:43. Yazar: Admin

Vuçiç Serbiyada prezident seçkilərində qalib olduğunu elan edib

04 aprel 2022 01:55 (UTC +04:00)

Serbiyada keçirilən prezident seçkilərində ilkin nəticələr məlum olub.

Qarabaginfo.az “RİA Novosti“yə istinadən xəbər verir ki, seçki komissiyasının ilk məlumatına görə, seçkilərdə Aleksandr Vuçiç 71,98% səslə liderdir.

Onun ən yaxın rəqibi Zdravko Ponoş 8,81 faiz, qalan namizədlər isə beş faizdən az səs toplayıb.

Prezident seçkilərində ümumilikdə 8 namizəd mübarizə aparırdı.

Həmçinin 12 bələdiyyə və Belqrad da daxil olmaqla iki şəhərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Seçkilərdə 6 milyon 501 min 689 nəfərin səsvermə hüququ var.

Ümumilikdə ölkədə səkkiz mindən çox seçki məntəqəsi və dünyanın 34 ölkəsində 77 səsvermə yeri fəaliyyət göstərib.


Geri dön