Ana Sayfa > Karusel / Gündəm > Ukraynanın azad edilmiş Kiyev vilayətindən 410 nəfərin meyiti çıxarılıb
Ukraynanın azad edilmiş Kiyev vilayətindən 410 nəfərin meyiti çıxarılıb3-04-2022, 23:43. Yazar: Admin |
Ukraynanın Rusiya qoşunlarından azad edilmiş Kiyev vilayətinin ərazisindən artıq 410 nəfər dinc sakinin meyiti çıxarılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova səhifəsində məlumat verib. "Kiyev vilayətinin işğaldan azad edilmiş ərazilərində Rusiya Federasiyasının amansız hərbi cinayətlərinə dair çox mühüm dəlillər var. Bizim torpağımızda bunu təşkil edən qeyri insanları cəzalandırmaq üçün sənədləşdirilməli lazım olan cəhənnəmdir", - o yazıb. Baş prokurorun sözlərinə görə, işğalçılardan azad edilən bütün ərazi sahələrə bölünüb, onların hər birində prokuror, müstəntiq və Milli Polisin operativ əməliyyat qruplarından ibarət istintaq-əməliyyat qrupları çalışır. Hadisə yerinə baxış keçirmək üçün məhkəmə ekspertləri, partlayıcı maddələr üzrə ekspertlər, kinoloqlar, məhkəmə-tibb ekspertləri və ya həkimlər və Dövlət Fövqəladə Hallar Xidməti cəlb olunub. "Məhkəmə-tibbi ekspertiza bürosunda prokurorlar, müstəntiqlər və ekspertlər meyitlərin ekspertizası, yarılması və DNT nümunələrinin götürülməsi üçün mütəmadi olaraq növbətçilik çəkirlər. Aprelin 1-dən 3-dək Kiyev vilayətinin ərazisindən həlak olan mülki şəxslərin 410 meyiti çıxarılıb. Onlardan 140-ı artıq prokurorlar və digər mütəxəssislər tərəfindən müayinə olunub”, - Venediktova əlavə edib. Baş prokuror vurğulayıb ki, paralel olaraq yerli əhali ilə iş aparılır, şahidlərin, zərərçəkmişlərin axtarışı həyata keçirilir, foto və video sübutlar toplanılır. O, eyni zamanda yalnız faciə yerində selfi çəkdirmək istəyənləri tənqid edib. Geri dön |