Ana Sayfa > Karusel / Səhiyyə > Bakıda baş verən partlayışda xəsarət alanlardan üçünün vəziyyəti ağırdır

Bakıda baş verən partlayışda xəsarət alanlardan üçünün vəziyyəti ağırdır


3-04-2022, 20:51. Yazar: Admin

Bakıda baş verən partlayışda xəsarət alanlardan üçünün vəziyyəti ağırdır

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

TƏBİB-dən Qarabagifo.az-a verilən məlumata görə, ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib.

Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.


Geri dön