Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > DİM: 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib
Ana Sayfa > Karusel / Gündəm > DİM: 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib

DİM: 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib


3-04-2022, 15:50. Yazar: Admin

DİM: 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib

Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının şəklini çəkib öz yaxınlarına göndərib. İmtahanın gedişi zamanı bu hal nəzarətçilər tərəfindən aşkar olunub. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb.

Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.


Geri dön