Ana Sayfa > Karusel / Gündəm > Qazaxıstan Səfirliyi Bakıdakı partlayışla bağlı: "Qardaş Azərbaycan xalqına başsağlığı veririk"

Qazaxıstan Səfirliyi Bakıdakı partlayışla bağlı: "Qardaş Azərbaycan xalqına başsağlığı veririk"


3-04-2022, 15:12. Yazar: Admin

İnsinye Kanada klubu ilə müqavilə imzaladı

"Gecə vaxtı Bakıda insan ölümünə səbəb partlayışla əlaqədar qardaş Azərbaycan xalqına səmimi qəlbdən başsağlığı veririk. Xəsarət alanlara tezliklə sağalmağı diləyirik".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı Səfirliyi sosial şəbəkədə paylaşım edib.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

 


Geri dön