Ana Sayfa > Karusel / Gündəm > Rusiyada baş verən yanğın nəticəsində üçü uşaq olmaqla 4 nəfər ölüb

Rusiyada baş verən yanğın nəticəsində üçü uşaq olmaqla 4 nəfər ölüb


3-04-2022, 14:57. Yazar: Admin

Rusiyada baş verən yanğın nəticəsində üçü uşaq olmaqla 4 nəfər ölüb

Rusiyanın Novqorod vilayətinin Starorusski rayonundakı kənddə baş verən yanğın nəticəsində bir böyük və üç uşaq ölüb.

Qarabaginfo.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Novqorod vilayətinin prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, bu gecə Starorusski rayonunun Tuleblya kəndində yaşayış binasında yanğın olub.

Nəticədə üçü uşaq olmaqla 4 nəfər ölüb. Daha bir yaralı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

2011, 2012 və 2015-ci il təvəllüdlü üç uşağın ölümü ilə nəticələnən yanğın faktı üzrə rayon prokurorluğu tərəfindən araşdırmalar təşkil edilib.


Geri dön