Ana Sayfa > Karusel / Gündəm > “Ramazanın ilk gününü gecə klubunda qarşılamağın sonu belə olmalı idi” fikirinə CAVAB
“Ramazanın ilk gününü gecə klubunda qarşılamağın sonu belə olmalı idi” fikirinə CAVAB3-04-2022, 14:44. Yazar: Admin |
““Ramazanın ilk gününü gecə klubunda qarşılamağın sonu belə olmalı idi” fikri vicdanlı insana məxsus deyil. Bəs Ramazanın 2-ci və ya 3-cü günü baş versəydi, onda nə deyəcəkdilər? Ramazan ayında Ukraynada baş verənlərə nə deyəcəklər? Biri məhərrəmlikdə toy etməyin qadağan olduğunu deyir, digəri isə may ayının ağır olduğu iddia edir... Bu dar düşüncənin təzahürüdür”. Qarabaginfo.az xəbər verir ki, bunu dini məsələlər üzrə ekspert Elşad Miri deyib. Ekspert qeyd edib ki, müəyyən günlərdə baş verən bədbəxt hadisələr, adətən, Allahın qəzəbi adlandırılır, belə qiymətləndirirlər: "Unutmaq olmaz ki, kimin necə və hansı formada öləcəyini heç kim bilə bilməz. Bu cür iddia sahiblərinin ölüm anına kimi eyni düşüncədə qalacağına da zəmanət yoxdur. Bu hadisəni Allahın qəzəbi kimi təqdim edənlərə məlumat üçün qeyd edim ki, Allahın qəzəblə əlaqəli adı və sifəti də yoxdur. Allahı qəzəbləndirənlər ən böyük zülm olaraq Ona ortaq qoşanlar, başqalarına böhtan atanlar, öz fikirlərini Allaha istinad edənlərdir. Onun mesajlarını dəyişdirib təqdim edənlərdir (“Bəqərə” surəsi, 2/79; “Ali-İmran” surəsi, 3/78)". İnsanlar necə əylənəcəklərinə özləri qərar verirlər. Allah insanlara Ona güvənib yaşamaq və ya inkar edib yaşamaq seçimini verib. Yaddan çıxarmayaq ki, günahsız insan yoxdur. Tövbə qapısı da ölüm anına kimi açıqdır”. Geri dön |