Ana Sayfa > Karusel / Gündəm > Rusiya neft emalı zavodunu məhv etdiyini açıqladı

Rusiya neft emalı zavodunu məhv etdiyini açıqladı


3-04-2022, 14:28. Yazar: Admin

Rusiya neft emalı zavodunu məhv etdiyini açıqladı

Rusiya Silahlı Qüvvələri Odessa yaxınlığında neft emalı zavodunu və üç yanacaq-sürtkü anbarını yüksək dəqiqliyə malik dəniz və hava bazalı raketlərlə məhv edib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Bu gün səhər saatlarında yüksək dəqiqlikli dəniz və hava bazalı raketlər Odessa şəhəri yaxınlığında neft emalı zavodunu və yanacaq-sürtkü materialları üçün üç anbarı məhv edib, oradan Nikolayev istiqamətində Ukrayna hərbçilərinin bir qrupuna yanacaq tədarük edilib”, - Konaşenkov qeyd edib.


Geri dön