Ana Sayfa > Karusel / Sosial > Bu ildən məktəblərdə şəhadətnamə attestatla əvəz ediləcək

Bu ildən məktəblərdə şəhadətnamə attestatla əvəz ediləcək


29-02-2020, 18:41. Yazar: Admin

 

Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

"Qarabaginfo" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Dəyişikliklə ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənəd ümumi orta təhsil haqqında attestat hesab edilir.

Qeyd olunub ki, eyni zamanda tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil olunur. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.


Geri dön