Ana Sayfa > Karusel / Gündəm > Rıza Kayaalp 11 qat Avropa çempionu olub

Rıza Kayaalp 11 qat Avropa çempionu olub


2-04-2022, 23:14. Yazar: Admin

Semih İncekara (@semihincekara) / Twitter

Türkiyənin yunan-Roma güləşçisi Rıza Kayaalp karyerasında 11-ci dəfə Avropa çempionu olub.

Qarabaginfo.az-ın məlumatına görə, 33 yaşlı pəhləvan bu dəfə Macarıstanın paytaxtı Budapeştdə keçirilən nüfuzlu yarışda qızıl medal qazanıb.

130 kq çəki dərəcəsində yer alan Kayaalp finalda İtaliya təmsilçisi Danila Sotnikova qalib gəlib - 4:0.

Bu çəkidə Azərbaycanı təmsil edən Beka Kandelaki bürünc medal görüşündə macarıstanlı Dariuş Attila Vitekə uduzaraq, 5-ci yeri tutub.

Qeyd edək ki, Rıza Kayaalp 4 qat dünya çempionu və 3 qat olimpiya mükafatçısıdır. O, qızıl medallardan 2-ni Bakıda - 2010-cu il Avropa çempionatında və 2015-ci ildə keçirilmiş I Avropa Oyunlarında əldə edib.


Geri dön