Ana Sayfa > Karusel / Gündəm > Bakıda tələbə qəzada öldü

Bakıda tələbə qəzada öldü


2-04-2022, 22:32. Yazar: Admin

Bakıda tələbə qəzada öldü

Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Nəticədə, avtomobilin sərnişini Cəfərzadə Aysel Ruslan qızı hadisə yerində keçinib.

Qeyd edək ki, Aysel Cəfərzadə Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi olub.


Geri dön