Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan bu il İtaliyaya qaz ixracını 9,5 mlrd. kubmetrə çatdıra bilər
Azərbaycan bu il İtaliyaya qaz ixracını 9,5 mlrd. kubmetrə çatdıra bilər2-04-2022, 17:58. Yazar: Admin |
Azərbaycanın energetika naziri Pərviz Şahbazov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Pərviz Şahbazov "Twitter" hesabında bildirib. Nazir qeyd edib ki, görüşdə tərəflərin çoxölçülü strateji tərəfdaşlığında enerji əməkdaşlığı sahəsində artan rolu dəyərləndirilib. Pərviz Şahbazov vurğulayıb ki, hazırkı artım tempi davam edərsə, ilin sonuna qədər İtaliyaya qaz ixracı 9.5 mlrd. kubmetrə çata bilər. Geri dön |