Ana Sayfa > Karusel / Gündəm > QMİ sədri Azərbaycanda Ramazan ayının aprelin 3-də başlayacağını iddia edənlərə cavab verib

QMİ sədri Azərbaycanda Ramazan ayının aprelin 3-də başlayacağını iddia edənlərə cavab verib


2-04-2022, 17:48. Yazar: Admin

Şeyxülislam Allahşükür Paşazadə – 70 - XALQQAZETI.COM

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Ramazan ayının aprel ayının 3-də başlayacağını iddia edənlərə cavab verib.

Qarabaginfo.az xəbər verir ki, Allahşükür Paşazadə bildirib ki, QMİ Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilib.

“Bəzi insanlar bunu birmənalı qarşılamamış, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxladıq.

Kamal Hüseynov bildirdi ki, Azərbaycan üfüqündə 1 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğub. Həmin gün 19.04-də Günəş batıb, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batıb. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilib. Bu gün isə Günəş 19.05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec, 20.23-də batacaq. Hilalın işıqlanması 2% olacaq. Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaq. Beləliklə QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm”, - QMİ sədri qeyd edib.


Geri dön