Ana Sayfa > Karusel / Qarabağ > Rus müxbir: “Sabah Ermənistan və Azərbaycan müharibə etsə, Moskva 2020-ci ildəki kimi davranacaq”

Rus müxbir: “Sabah Ermənistan və Azərbaycan müharibə etsə, Moskva 2020-ci ildəki kimi davranacaq”


2-04-2022, 13:53. Yazar: Admin

 

2021/08/taras-1628077127.jpg
   
“Sabah Ermənistan və Azərbaycan müharibə etsə, Moskva 2020-ci ildəki kimi davranacaq”.

Bunu “Kommersant” nəşrinin müxbiri Kirill Krivoşeyev deyib.

Onun sözlərinə görə, Rusiyanın müdaxiləsi olmasaydı, Qarabağ tam şəkildə Azərbaycan tərəfindən azad edilərdi.

“Hazırda Moskva ilə Bakı arasında münasibətlər gərgindir. Rusiya sülhməramlıları ilə bağlı bəyanatlar Moskvanı müəyyən qədər “incidə” bilər”, - deyə Krivoşeyev qeyd edib.

Rus müxbir vurğulayıb ki, Bakı qoşunların Qarabağdan çıxarılmamasından narazıdır.(ordu.az)

Geri dön