Ana Sayfa > Karusel / Sosial > Güclü külək əsəcək - Xəbərdarlıq

Güclü külək əsəcək - Xəbərdarlıq


2-04-2022, 12:36. Yazar: Admin

Güclü külək əsəcək

Sabah Azərbaycanda küləkli hava müşahidə olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-də şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 04-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.


Geri dön