Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda koronavirus aşkarlanan şəxslərin sayı 3-ə çatdı

Azərbaycanda koronavirus aşkarlanan şəxslərin sayı 3-ə çatdı


29-02-2020, 18:32. Yazar: Admin

 

 

Nazirlər Kabineti yanında operativ qərargah koronavirus şübhəsi ilə karantində olan şəxslər barədə növbəti dəfə məlumat yayıb.

Operativ qərargahdan "Qarabaginfo" yabildirilib ki, İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib. 

Müvafiq qaydalara uyğun olaraq, həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Bununla da Azərbaycanda koronavirusa yoluxma faktı təsdiqlənən şəxslərin sayı 3-ə çatıb.


Geri dön