Ana Sayfa > Karusel / İqtisadiyyat > Maliyyə Nazirliyindən QHT-lərə XƏBƏRDARLIQ
Maliyyə Nazirliyindən QHT-lərə XƏBƏRDARLIQ2-04-2022, 11:33. Yazar: Admin |
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. Nəzərinizə çatdırırıq ki, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını Maliyyə Nazirliyi tərəfindən yaradılmış “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı” vasitəsilə (www.qht-hesabat.maliyye.gov.az) elektron qaydada təqdim etməlidirlər. Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə müraciət edə bilərsiniz: Tel: 404 46 99, daxili nömrələr - 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova”, - nazirlik bildirib. Geri dön |