Ana Sayfa > Karusel / Siyasət > Lavrov: Rusiya-Ukrayna danışıqlarında irəliləyişlər var
Lavrov: Rusiya-Ukrayna danışıqlarında irəliləyişlər var2-04-2022, 10:56. Yazar: Admin |
Rusiya ilə Ukrayna arasında danışıqlarda irəliləyiş var. Lavrov detallar barədə danışarkən deyib ki, söhbət Ukraynanın blok ölkə olmasının qeyri-mümkünlüyündən, onun NATO-da xoşbəxtlik axtarmasının mümkünsüzlüyündən, qeyri-nüvə dövləti olmasından, neytral statusundan gedir. Martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqları keçirilib. Danışıqlarda Ukraynanın NATO-ya üzv olmaqdan və nüvə silahından imtinasını, bloklara qoşulmamaq statusunu nəzərdə tutan, kağız üzərində təsbit olunmuş mümkün gələcək sazişin prinsipləri müzakirə olunub. Bundan sonra Rusiya Ukraynanın Kiyev və Çerniqov vilayətləri ətrafında tzyiqləri zəiflədib. Geri dön |