Ana Sayfa > Karusel / Dünya > Sanksiyalar ABŞ-ı da vuracaq - Ekspert

Sanksiyalar ABŞ-ı da vuracaq - Ekspert


2-04-2022, 08:47. Yazar: Admin

ABŞ-da inflyasiya artmaqda davam edəcək, pandemiya zamanı müəyyən edilmiş tendensiya Ukraynadakı vəziyyət və antirusiya sanksiyaları səbəbindən daha da pisləşəcək.

Bu açıqlama ilə amerikalı iqtisadi ekspert Linvud Tohid çıxış edib.

“Ukraynada müharibə və sanksiyalarla neft, qaz, gübrə və digər ehtiyatlar azalır. Sanksiyalar hələ bizə təsir etməyib. Qiymətlər artacaq”, - Tohid vurğulayıb.

O qeyd edib ki, inflyasiya problemi Ukrayna böhranından əvvəl başlayıb və özünü koronavirus pandemiyası fonunda göstərib.

 


Geri dön