Ana Sayfa > Karusel / Dünya > Co Bayden dünya müsəlmanlarını təbrik edib

Co Bayden dünya müsəlmanlarını təbrik edib


2-04-2022, 07:21. Yazar: Admin

Co Bayden dünya müsəlmanlarını təbrik edib

ABŞ Prezidenti Co Bayden dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Barədə amerikalı lider "Twitter" hesabında paylaşım edib.

“Jil və mən Ramazan ayının əvvəli ilə əlaqədar Birləşmiş Ştatlarda və bütün dünyada yaşayan müsəlman icmalarına ən xoş arzularımızı çatdırırıq. Xalq Evindən öz evlərinizə, Sizə və yaxınlarınıza bərəkətli və tərəqqili bir ay arzulayırıq. Ramazan ayınız mübarək!”, - dövlət başçısı sosial şəbəkə hesabında yazıb.


Geri dön