Ana Sayfa > Karusel / Region > Avropa Parlamentinin prezidenti: “Tezliklə Ukraynanı Aİ üzvlüyünə namizəd kimi tanıyacağıq”
Avropa Parlamentinin prezidenti: “Tezliklə Ukraynanı Aİ üzvlüyünə namizəd kimi tanıyacağıq”2-04-2022, 07:18. Yazar: Admin |
Avropa İttifaqı (Aİ) Rusiyanın təcavüzünü dünya nizamına hücum kimi tanıyacaq. Bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola Kiyevdə keçirdiyi brifinqdə bildirib. Avropa Parlamentinin prezidenti Ukraynanı tezliklə Aİ üzvlüyünə namizəd kimi tanımağa və bu ölkənin şəhər və kəndlərinin yenidən qurulmasına kömək edəcəyinə söz verib. “Biz Ukraynanı rəsmi şəkildə və tez bir zamanda Avropa Birliyinə üzv olmağa namizəd kimi tanıyırıq. Bunu sizə bütün Avropa Parlamenti adından vəd edirəm”, - Metsola deyib. Geri dön |