Ana Sayfa > Karusel / Gündəm > İki hərbi təyyarə havada toqquşdu - Ölənlər var

İki hərbi təyyarə havada toqquşdu - Ölənlər var


2-04-2022, 01:22. Yazar: Admin

 İki hərbi təyyarə havada toqquşdu - Ölənlər var

Cənubi Koreyada iki təlim təyyarənin havada toqquşması nəticəsində üç pilot həlak olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Rəsmi qurumlar paytaxt Seuldan 300 kilometr cənubda yerləşən Saçxon şəhərində Hava Qüvvələrinə məxsus iki “KT-1” tipli təlim-məşq təyyarəsinin havada toqquşduğunu açıqlayıblar.

Toqquşmadan sonra təyyarələr çəltik sahəsinə düşüb.

Qəzada 3 pilot həlak olub, bir nəfər ağır xəsarətlərlə xilas edilib.


Geri dön