Ana Sayfa > Karusel / Gündəm > Qadın güləşçimiz Avropa ikincisi oldu

Qadın güləşçimiz Avropa ikincisi oldu


1-04-2022, 23:05. Yazar: Admin

Qadın güləşçimiz Avropa ikincisi oldu

Azərbaycanın qadın güləşçisi Elis Manolova Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatının gümüş medalını qazanıb.

Qarabaginfo.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Tatyana Rıjko ilə üz-üzə gəlib.

Rəqibinə 0:4 hesabı ilə uduzan idmançı gümüş medalla kifayətlənib.

Bu, E. Manolova qitə birinciliyində qazandığı 4-cü medal olub. O, AÇ-lərdə 1 qızıl və 3 gümüş əldə edib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Yarış aprelin 3-də başa çatacaq.


Geri dön