Ana Sayfa > Karusel / Gündəm > Tovuzda qəza olub, xəsarət alan var

Tovuzda qəza olub, xəsarət alan var


1-04-2022, 22:51. Yazar: Admin

Tovuzda qəza olub, xəsarət alan var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 21011" markalı minik maşını digər avtomobil ilə toqquşub.

Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (apa.az)


Geri dön