Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda 186 nəfər nəzarətə götürüldü

Azərbaycanda 186 nəfər nəzarətə götürüldü


27-02-2020, 18:26. Yazar: Admin

 

Azərbaycanda 186 nəfər nəzarətə götürüldü -koronavirusa görə

Səhiyyə Nazirliyi ölkədə koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülən şəxslərin sayını açıqlayıb.

"Qarabaginfo" xəbər verir ki, nazirlikdən Unikal.org-a verilən məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.

Hazırda 186 nəfərin müalicəsi davam edir. 

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 808 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 393-dən çoxdur. 

 

 


Geri dön