Ana Sayfa > Karusel / Gündəm > ANAMA rəhbəri: “Minatəmizləmə üzrə Bakıda keçirilən beynəlxalq konfrans məhsuldar olub”

ANAMA rəhbəri: “Minatəmizləmə üzrə Bakıda keçirilən beynəlxalq konfrans məhsuldar olub”


1-04-2022, 19:52. Yazar: Admin

ANAMA: “Mina problemi Azərbaycanın ən aktual məsələlərindən biridir” » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfrans işini başa vurub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

“Bu, məhsuldar konfrans oldu. Konfrans çərçivəsində geniş fikir mübadiləsi aparıldı, tədbirin yekun sənədində öz əksini tapacaq təkliflər verildi”, - V.Süleymanov bildirib.

Onun sözlərinə görə, konfrans çərçivəsində ANAMA dörd təşkilatla əməkdaşlığı inkişaf etdirmək niyyəti haqqında protokollar imzalayıb. “Bu sənədlər əsasında biz gələcəkdə əməkdaşlıq sahələrini müəyyən edəcəyik”, - o əlavə edib. (report.az)


Geri dön