Ana Sayfa > Karusel / Təhsil > Ən yüksək bal toplayanlar - Foto

Ən yüksək bal toplayanlar - Foto


1-04-2022, 17:20. Yazar: Admin

Martın 5-i və 6-da keçirilən buraxılış imtahanlarında maksimal bal (300) toplayan iki abituriyentin adları açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, onlar Bakı şəhəri 125 saylı məktəbin məzunu Nigar Əhədulla qızı Ağazadə və 286 saylı orta məktəbin məzunu Nəcməddin Nəsimi oğlu Orucovdur.

Məlumat üçün bildirək ki, onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə - müvafiq olaraq 278.2 və 276 bal toplayıblar.

 


Geri dön