Ana Sayfa > Karusel / Siyasət > Britanya XİN başçısı: "Hindistana nə edəcəyini deməyəcəyəm"
Britanya XİN başçısı: "Hindistana nə edəcəyini deməyəcəyəm"1-04-2022, 13:37. Yazar: Admin |
“Hindistan ilə əlaqələri gücləndirmək heç vaxt olmadığı qədər əhəmiyyətlidir”. Qarabaginfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanln xarici işlər naziri Liz Trass Britaniya-Hindistan Strateji Gələcək Əməkdaşlıq Forumunda çıxşı zamanı bildirib. “Hindistanla əlaqələri gücləndirmək heç vaxt olmadığı qədər əhəmiyyətlidir. Çünki daha etimadsız dünyada yaşayırıq. Vladimir Putin (Rusiya Prezidenti - red.) Ukraynanı qorxunc şəkildə işğal, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü ilhaq edib”, - nazir deyb. O, Rusiyaya qarşı sanksiyaların tətbiqinə baxmayaraq, Hindistanın bu ölkədən neft idxal etməsinə belə münasibət bildirib: “Britaniyanın sanksiyalara yanaşması və Rusiya neftindən asılılğımızı sona çatdırdığımızı dedim. Hindistan suveren bir dövlətdir. Ona nə edəcəyini deməyəcəyəm” Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Hindistanda səfərdə olub. O, Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatlarda Hindistanın tutduğu mövqeyə görə təşəkkür edib.(Report) Geri dön |