Ana Sayfa > Karusel / Siyasət > Generaldan Gürcüstan sərhədi ilə bağlı - 

Generaldan Gürcüstan sərhədi ilə bağlı - 


27-02-2020, 14:13. Yazar: Admin

 

Generaldan Gürcüstan sərhədi ilə bağlı

 

“Gürcüstan-Azərbaycan sərhədinin, guya, bağlanması ilə bağlı sosial şəbəkələrdə və bəzi media orqanlarında gedən məlumat həqiqəti əks etdirmir”. 

"Qarabaginfo" xəbər verir ki, bunu Qafqazinfo”ya açıqlamasında Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi, general-leytenant Abbas Xəlilov bildirib. 

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Gürcüstan tərəfindən müvafiq profilaktik tədbirlər tətbiq olunmaqla sərhəd-keçid məntəqələrinin fəaliyyəti təmin edilir:

Vətəndaşların, sərnişin avtobuslarının, fərdi nəqliyyat vasitələrinin və yük maşınlarının keçidində hər hansı məhdudiyyət yoxdur. Hər iki ölkənin müvafiq qurumları arasında məsələ ilə əlaqədar informasiya mübadiləsi həyata keçirilir”.


Geri dön