Ana Sayfa > Karusel / Gündəm > “TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək
“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək1-04-2022, 10:53. Yazar: Admin |
“Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir. Proses hazırda sənədləşmə mərhələsindədir”. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Bakı Sağlamlıq Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, bu sınaqlar uzunmüddətli olacaq: "Sınaqlar 15 ay ərzində davam edəcək. Hazırda bu vaksini vurdurmaq üçün könüllü müraciət edən yoxdur”. Qeyd edək ki, Azərbaycanda “TURKOVAC”-ın 3-cü faza kliniki sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb. Geri dön |