Ana Sayfa > Karusel / Siyasət > Avropa İttifaqı ANAMA-ya 2.5 milyon ayırıb

Avropa İttifaqı ANAMA-ya 2.5 milyon ayırıb


1-04-2022, 10:47. Yazar: Admin

“Avropa İttifaqı (Aİ) Azərbaycanda minatəmizləmə prosesinə öz dəstəyini verir”. 

 

Qarabaginfo.az xəbər verir ki, bunu Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransında Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Piter Mixalko bildirib.

 

Aİ rəsmisi qeyd edib ki, bu məqsədlə Aİ tərəfindən ANAMA-ya 2.5 milyon avro ayırıb.

 

"Dünyada mina qurbanlarının 80%-i dinc insanlar, uşaqlardır. Biz başa düşməliyik ki, mina təmizləmə ilə yanaşı, yeni minaların basdırılmasının qarşısını almalıyıq. Aİ Azərbaycan və Cənubi Qafqaza dəstəyini əsirgəməyəcək.  İttifaq Azərbaycana minatəmizləmə prosesində ekspert dəstəyi verəcək, həmçinin işğaldan azad olunan ərazilərin bərpa olunmasına və yenidənqurma işlərinə dəstək verəcək”, - Mixalko bildirib.


Geri dön