Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda alternativ enerjidən istifadə əhali üçün sərfəli olarmı? - RƏY 

Azərbaycanda alternativ enerjidən istifadə əhali üçün sərfəli olarmı? - RƏY 


27-02-2020, 09:44. Yazar: Admin

  Cəmil Məlikov

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov:

"Bizdə elektrik enerjisi və ya qazın dəyəri digər ölkələrə nisbətən ucuz olduğuna görə, insanların alternativ enerji mənbələrindən yararlanmağına iqtisadi baxımdan bir o qədər ehtiyac yaranmır".

 

"Bizim enerji daşıyıcılarımızın qiyməti ucuzdur. Bizdə elektrik enerjisi və ya qazın dəyəri digər ölkələrə nisbətən ucuz olduğuna görə insanların alternativ enerji mənbələrindən yararlanmağına iqtisadi baxımdan bir o qədər ehtiyac yaranmır. Digər tərəfdən, bizdə o avadanlıqların quraşdırılması bahadır. Vətəndaşın o qədər vəsait cəlb edib evlərinin üstündən 2-3 min manatlıq bir avadanlıq quraşdırmağa gücü çatmır. Günəş paneli, günəş kollektorları və digər qurğuların quraşdırılması adam sayından asılı olaraq 2-3 min, hətta 5 min manata qədər vəsait tələb edir. Digər ölkələrdə bu sahədə dövlətin subsidiya mexanizmləri var, ona görə də insanlar alternativ enerji qurğularını quraşdırırlar. Azərbaycanda belə bir dəstək mexanizmi olmadığına və kreditlərin qiymətinin yüksək olmasına görə insanlara belə texnologiyalara vəsait qoymaq baha başa gəlir. Buna görə də maraqlı olmur. Birinci növbədə bu istiqamətdə iqtisadi maraq yaranmalıdır. Almaniya və bəzi başqa Avropa ölkələrində vətəndaş alternativ enerji istehsal edən avadanlıq quraşdıranda hökümət ona hər kilovata görə 600-700 avro həcmində dəstək verir. Nəticədə vətəndaş avadanlığın qiymətinin 20-30%-ni ödəmiş olur. Qanunvericiliyə uyğun olaraq, insanlar özləri alternativ enerji istehsal edib dövlətə də sata bilər. Hazırda bizdə bəzi şirkətlər var ki, həm özlərinin enerji təchizatını təmin edir, həm də artıq qalan enerjini dövlətə satırlar".

"Report" alternativ enerjidən istifadə ilə bağlı paytaxt sakinlərinin münasibətini öyrənib. Sakinlərin əksəriyyəti alternativ enerjidən istifadənin təqdirəlayiq hal olduğunu, lakin bu barədə kifayət qədər maarifləndirmə işlərinin aparılmadığını bildiriblər.


Geri dön