İşğaldan azad olunmuş ərazilərdə indiyədək 30-dan çox adam minaya düşərək həlak olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, Ermənistan tərəfi bizə minalanmış ərazilərin mina xəritələrini təqdim etsə də, xəritələrin dəqiqliyi 25 faiz təşkil edir.