Ana Sayfa > Karusel / Dünya > Avropa Komissiyası hər bir ukraynalı qaçqına görə 40 avro ayırmaq niyyətindədir
Avropa Komissiyası hər bir ukraynalı qaçqına görə 40 avro ayırmaq niyyətindədir1-04-2022, 08:53. Yazar: Admin |
Avropa Komissiyası (AK) Avropa İttifaqına üzv dövlətlərə öz ərazilərində qəbul etdikləri Ukraynadan olan hər bir qaçqına görə icma fondlarından 40 avro məbləğində ödəniş təmin etmək niyyətindədir. Bu barədə adı açıqlanmayan Aİ rəsmisinə istinadən Bloomberg agentliyi məlumat verib. Qeyd olunub ki, bu cür ödənişləri həyata keçirməyə imkan verən konsepsiya cümə axşamı (31 mart - Red) AK tərəfindən qəbul edilib. Avropa İttifaqı öz vəsaiti hesabına icma ölkələrini bu yolla maliyyələşdirmək niyyətindədir. Bu arada mənbə icmanın oxşar maliyyə dəstəyi mexanizmini nə vaxt işə salmağı planlaşdırdığını dəqiqləşdirməyib.(Report) Geri dön |