Ana Sayfa > Karusel / Region > “Serbiya tamamilə Rusiya qazından asılıdır” - Vuçiç

“Serbiya tamamilə Rusiya qazından asılıdır” - Vuçiç


1-04-2022, 08:10. Yazar: Admin

Vuçiç: Kurti serblərə hücuma hazırlaşır

Serbiya iqtisadiyyatı 100% Rusiya qazından asılıdır, ona görə də Belqrad Moskva ilə qarşıdakı qaz danışıqlarında yaxşı qiymətə ümid edir.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib.

“İndiyə qədər biz gündəlik 6 milyon həcmə görə 1000 kubmetr üçün 270 dollar ödəyirdik. Bu, danışıqlar məsələsidir, amma inanıram ki, yaxşı qiymətə razılaşa bilərik. Biz diversifikasiya üzərində işləyə bilərik, lakin hazırda biz 100% Rusiya qazından asılıyıq, insanlar bunu bilməlidir. Eyni şey Adriatik neft kəməri (JANAF) vasitəsilə neftin çatdırılması məsələsinə də aiddir”, - Vuçiç bildirib.

Serbiyanın Rusiyaya qarşı tətəbiq edilən sanksiyalara qoşualacaqmı sualına Vuçiç belə cavab verib: “Təzyiq olarsa, olacaq, amma Serbiya ciddi ölkədir və buna uyğun reaksiya verəcək”.(Report)


Geri dön