Ana Sayfa > Karusel / Sosial > Gürcüstanın Azərbaycanla sərhədləri bağlanmayıb - 

Gürcüstanın Azərbaycanla sərhədləri bağlanmayıb - 


27-02-2020, 09:40. Yazar: Admin

 

 "Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil".

 

 "Qarabaginfo"un xəbərinə görə, bu barədə Gürcüstan Baş Nazirinin Administrasiyasından açıqlama verilib.

 

Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

 

"Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla gediş-gəlişlərə tətbiq edilib", - deyə açıqlamada bildirilib.

 

Azərbaycanın Gürcüstandakı səfirliyi də APA-nın yerli bürosuna açıqlamasında Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib.APA

 


Geri dön