Ana Sayfa > Karusel / Region > Pentaqon Ukrayna münaqişəsinin uzanacağını ehtimal edir
Pentaqon Ukrayna münaqişəsinin uzanacağını ehtimal edir1-04-2022, 07:23. Yazar: Admin |
Rusiya qüvvələrinin əsas hissəsinin Donbasda cəmləşməsi və burada güclü Ukrayna ordusu ilə üzləşməsi münaqişənin uzanacağı barədə düşünməyə əsas verir. Qarabaginfo.az “Le Matin” saytına istinadla xəbərinə görə, bunu Pentaqonun yüksək rütbəli rəsmisi bildirib. Mənbə Rusiya qüvvələrinin Çernobıldan və Qostomel aeroportundan çəkildiyini təsdiqləsə də, bunu yalnız mövqe dəyişməsi olduğunu bildirib. “Bizim əlimizdə bu əsgərlərin evlərinə qayıtması və ya döyüşdən kənarlaşdırılmasına dair heç bir məlumat yoxdur. Belə hesab edirik ki, bu qüvvələr yenidən komplektləşdirilərək döyüşü davam etdirmək üçün Ukraynaya göndəriləcək. Xüsusən də Donetsk və Luqansk regionlarına” – deyə mənbə qeyd edib.(Apa) Geri dön |