Ana Sayfa > Karusel / Gündəm > 2 yaşlı uşağın üzərinə qaynar su töküldü - Bakıya göndərildi
2 yaşlı uşağın üzərinə qaynar su töküldü - Bakıya göndərildi1-04-2022, 00:54. Yazar: Admin |
Zaqatalada iki yaşlı uşaq yanıb. Qarabaginfo.az-ın məlumatına görə, hadisə ötən gün rayonun Yuxarı Tala kəndində baş verib. Belə ki, kənd sakini, 2020-ci il təvəllüdlü Cansu Əli qızı Qanzayevanın üzərinə ehtiyatsızlıqdan qaynar su dağılıb. Hadisə nəticəsində 2 yaşlı Cansu Qanzayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaxınları onu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanada körpəyə bədənində 3-cü dərəcəli termiki yanıq xəsarəti diqnozu qoyulub. Onun vəziyyəti nəzərə alınaraq, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Geri dön |