Ana Sayfa > Karusel / Gündəm > Xaçmazda gənc oğlan özünü bıçaqlayıb

Xaçmazda gənc oğlan özünü bıçaqlayıb


31-03-2022, 23:09. Yazar: Admin

Xaçmaz rayonunda 28 yaşlı gənc özünü bıçaqlayıb.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə rayonun Palçıqoba kəndində qeydə alınıb.

Beləki, 1994-cü il təvəllüdlü Elbrus Kamil oğlu Məlikov bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya qarının ön divarının deşilmiş-kəsilmiş, daxilə keçən yarası diaqnozu qoyulub.

E.Məlikov izahatında bildirib ki, özü-özünü bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön