Ana Sayfa > Karusel / Gündəm > Çerniqovda mülki könüllülərin olduğu avtobus atəşə tutuldu

Çerniqovda mülki könüllülərin olduğu avtobus atəşə tutuldu


31-03-2022, 23:06. Yazar: Admin

Rusiya qoşunları Ukraynanın Çerniqov şəhəri yaxınlığında könüllülərin olduğu avtobus kalonunu atəşə tutub. Bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova feysbukda yazıb.

“Beş avtobus insanları təxliyə etmək üçün mühasirəyə alınmış şəhərə daxil olmaq istəyərkən düşmənin hədəfinə çevrilib. Avtobusda yalnız mülki könüllülər olub”, - Denisova yazıb.

Atəş açılması nəticəsində bir nəfər həlak olub, 4 nəfər isə ağır yaralanıb. (UNİAN)

Xatırladaq ki, daha əvvəl UNİAN rusiyalı hərbçilərin Zaporojye vilayətində mülki şəxslərin olduğu avtomobili atəşə tutduğunu, iki azyaşlı uşağın, iki qadının və bir kişinin yaralandığını yazmışdı.


Geri dön