Ana Sayfa > Karusel / Gündəm > Ukrayna ordusu daha bir şəhəri azad etdi

Ukrayna ordusu daha bir şəhəri azad etdi


31-03-2022, 22:26. Yazar: Admin

 Ukrayna ordusu daha bir şəhəri azad etdi

Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Vışqorod şəhərinin rus qoşunlarından azad edildiyini elan edib.

Qarabaginfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç deyib.

Qruzeviç bildirib ki, Ukrayna Silahlı Qüvvələri bir çox sahələrdə mühüm uğurlar əldə edib və hücum əməliyyatlarını davam etdirir.


Geri dön