Ana Sayfa > Karusel / Gündəm > ABŞ səfiri Astara sərhəd keçid məntəqəsinə baş çəkib
ABŞ səfiri Astara sərhəd keçid məntəqəsinə baş çəkib31-03-2022, 21:16. Yazar: Admin |
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Azərbaycan Dövlət Gömrük Komitəsinin Sədrinin müavini Cavad Qasimov və digər gömrük rəsmiləri Astara sərhəd keçid məntəqəsinə səfər edərək ABŞ-nin Müdafiə Departamenti tərəfindən Azərbaycan Dövlət Gömrük Komitəsinə verilən avadanlığı nəzərdən keçiriblər. Səfirlikdən verilən məlumata görə, avadanlıq ABŞ-nin Müdafiə Departamentini tərəfindən 2019-cu ildə təqdim olunan təhlükəsizlik yardımının bir hissəsidir. Müdafiə Departamenti qanunsuz daşınmaların qarşısını almaq və quru və dəniz sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Azərbaycana 90 milyon dollardan çox vəsait ayırıb. ABŞ səfirinin Astara sərhəd keçid məntəqəsində baxış keçirdiyi və dəyəri 30 milyon dollardan çox olan avadanlıq Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin təminatına və qanunsuz malların daşınmasının qarşısının alınmasına təkan verəcək. Səfir ABŞ-nın Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə iyirmi illik münasibətlərini qeyd edərək, kütləvi qırğın silahlarının qanunsuz daşınmasının qarşısını almaq üçün göstərdikləri fəaliyyət barədə danışıb: “Ümid edirəm ki, bu yardım bizim 30 il öncə qurduğumuz münasibətlərimizin inkişafında əlavə bir addım olacaq, Azərbaycan və Birləşmiş Ştatların təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcək.” DGK sədrinin müavini Cavad Qasımov Azərbaycanda narkotik vasitələrin əksəriyyətinin ələ keçirildiyi Astara sərhəd-keçid məntəqəsində çıxış edərək ABŞ-ın verdiyi avadanlıqların, narkotik vasitələrin, silah-sursatın və digər qaçaqmalçılığın qarşısının alınmasında oynadığı rolu qeyd edib. Geri dön |